Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Daha dörd qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub

ID:

11.06.2024 18:40 / CƏMİYYƏT

Foto : AZƏRTAC / Aydın Məmmədov

İyunun 11-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitənin sədri Hicran Hüseynova gündəliyə dörd məsələnin – Ailə Məcəlləsində, Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında, habelə Ailə Məcəlləsində, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Fərdi məlumatlar haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələrinin birinci oxunuşda və ikinci oxunuşda olan Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında iki qanun layihəsinin daxil edildiyini söyləyib.