Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Daha bir məsələ parlamentin plenar iclasına tövsiyə edilib

ID:

16.10.2025 17:55 / CƏMİYYƏT

Foto : AZƏRTAC / Aydın Məmmədov

Oktyabrın 16-da Milli Məclisin Əmək və sosial siyasət komitəsinin növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclası açan komitə sədri Musa Quliyev gündəliyə bir məsələnin - “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında qanun layihəsinin daxil edildiyini bildirib.