Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Daha 51 nəfər vəkil andı içdi, vəkillərin sayı 2400-ə yaxınlaşdı

ID:

07.11.2023 11:35 / CƏMİYYƏT

Foto : AZƏRTAC / İlqar Cəfərov

Bakıda Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Vəkillər Kollegiyası (VK) üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarını və icbari təlimi müvəffəqiyyətlə başa vuran vəkilliyə namizədlərin andiçmə mərasimi keçirilib.