Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

COP29-da Xəzər dənizinin ekoloji problemləri və çirklənmə mənbələri müzakirə olunub

ID:

19.11.2024 11:50 / CƏMİYYƏT

Foto : AZƏRTAC / İlkin Cavanşirov

Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə "Xəzərlə tanışlıq: Tehran Konvensiyası vasitəsilə iqlim dəyişikliyinin təsirləri altında sahil dayanıqlılığının və biomüxtəlifliyin qorunması" mövzusunda tədbir keçirilib.