Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

COP29-da “Hər kəsə ədalətli keçid üçün nəzəriyyədən təcrübəyə: regionlararası yüksək səviyyəli cənub-cənub siyasi dialoqu” mövzusunda tədbir keçirilir

ID:

20.11.2024 15:35 / CƏMİYYƏT

Foto : AZƏRTAC / Aydın Məmmədov

Bakının ev sahibliyi etdiyi COP29 çərçivəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Beynəlxalq Əmək Təşkilatının (BƏT) təşkilatçılığı ilə “Hər kəsə ədalətli keçid üçün nəzəriyyədən təcrübəyə: regionlararası yüksək səviyyəli cənub-cənub siyasi dialoqu” tədbiri başlayıb.