Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq çərçivəsində tikinti sahəsində fəaliyyət göstərən yerli şirkət rəhbərlərini xarici tikinti şirkətlərinin iştirakı ilə “Azərbaycanda Yaşıl Tikinti” üzrə dəyirmi masa keçirilir.
×

AZƏRTAC xəbər verir ki, tədbirin məqsədi yerli tikinti şirkətlərini, tikinti materiallarını istehsal edən müəssisələri, xarici şirkətləri və ekspertləri, eyni zamanda dövlət orqanlarının nümayəndələrini bir araya gətirməklə, davamlı və sıfır karbonlu tikintiyə keçid üçün müzakirələrin aparılması və əməkdaşlıq platformasının yaradılmasıdır.
Müzakirədə baş icraçı direktorlar, nazirlər, BƏƏ-nin tikinti şirkətləri, COP29-un prezidenti və BMT-nin COP29 üzrə yüksək səviyyəli çempionu daxil olmaqla, Azərbaycanın aparıcı sənaye liderləri iştirak edəcək.
Qeyd edək ki, dəyirmi masa qlobal iqlim hədəflərinə nail olmaq istiqamətində yaşıl tikintinin mühüm rolunu vurğulayır və COP29-a gedən yolda əhəmiyyətli mərhələyə işarə etməklə Azərbaycan və onun hüdudlarından kənarda ciddi nəticələri olan məqsədyönlü biznes əməliyyatları üçün zəmin yaradır.
Tədbirin sonunda “Azərbaycanın Dayanıqlı Yaşıl Tikinti Bəyənnaməsi” imzalanacaq.