Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

COP29 çərçivəsində CICA və ona üzv dövlətlərin Asiyada nəqliyyat dəhlizləri üçün səyləri müzakirə olunub

ID:

20.11.2024 14:30 / İQTİSADİYYAT

Foto : AZƏRTAC / İlqar Cəfərov

Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Dayanıqlı bağlantıya aparan yollar: CICA və ona Üzv Dövlətlərin və Asiyada Regional Təşkilatların Təhlükəsiz, Effektiv və İqlimə Dayanıqlı Nəqliyyat Dəhlizləri üçün səyləri” mövzusunda müzakirələr keçirilib.