Sentyabrın 1-də Çin Xalq Respublikasının orta məktəblərində yeni tədris ili başlayıb.
AZƏRTAC xəbər verir ki, yeni növ koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar məktəblərdə dərslərin sərt sanitar-epidemik qaydalara uyğun təşkilinə icazə verilib.
×
Sentyabrın 1-də Çin Xalq Respublikasının orta məktəblərində yeni tədris ili başlayıb.
AZƏRTAC xəbər verir ki, yeni növ koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar məktəblərdə dərslərin sərt sanitar-epidemik qaydalara uyğun təşkilinə icazə verilib. Belə ki, hər gün dərsə gələn şagirdlərin bədən hərarəti ölçüləcək, müxtəlif sinif şagirdləri bir neçə dəqiqə fasilə və sosial məsafə qorunmaqla dərs otaqlarına keçəcəklər. Dərs otaqları, yeməkxana, yataqxana və digər qapalı məkanlar hər gün dezinfeksiya olunacaq. Bundan başqa, hər sinif otağında dezinfektor mayelər qoyulacaq. Bununla belə, siniflərdə şagird və müəllimlərin maska taxması məcburi deyil.
Avqustun 31-dən başlayaraq ali təhsil ocaqlarında yeni tədris ilinin başlanması prosesinə start verilib. Müxtəlif səbəblərdən Çinə qayıda bilməyən şagird və tələbələr üçün distant dərslər təşkil olunacaq.
Qeyd edək ki, dekabrın sonunda Çinin Uxan şəhərində aşkarlanan COVID-19 infeksiyasının yaratdığı böhran fonunda ölkədə ötən tədris ilinin ikinci semestrində (fevral-iyul) fasilələr yaranmışdı. Bəzi vilayətlərdə isə dərslər yalnız onlayn formada təşkil olunmuşdu.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin