Əminəm ki, xeyriyyə yarmarkası nəticəsində biz əlilliyi olan uşaqların qayğısına daha yaxşı qala biləcəyik. Bugünkü tədbir müxtəlif ölkələrinin biznes sahəsində əməkdaşlığını canlandırır.
×
Əminəm ki, xeyriyyə yarmarkası nəticəsində biz əlilliyi olan uşaqların qayğısına daha yaxşı qala biləcəyik. Bugünkü tədbir müxtəlif ölkələrinin biznes sahəsində əməkdaşlığını canlandırır. Beynəlxalq Xeyriyyə Yarmarkası üç vacib məsələyə - Azərbaycan-BMT əməkdaşlığının 30 illiyinə, ölkəmizin Qoşulmama Hərəkatına sədrliyinin 3 illiyinə və BMT gününə həsr olunub
AZƏRTAC xəbər verir ki, bunu Bakıda keçirilən Beynəlxalq Xeyriyyə Yarmarkasının açılış mərasimdə xarici işlər naziri Ceyhun Bayramov söyləyib.
Nazir bildirib ki, 30 il əvvəl Azərbaycan BMT ailəsinin üzvü olub. Ötən onilliklərdə Azərbaycan BMT-nin məsuliyyətli üzvü olduğunu sübut edib. Azərbaycan BMT vasitəsilə sülh, təhlükəsizlik, inkişaf və insan hüquqları sahəsinə töhfəsini verir.