×
“Sabah” UEFA Çempionlar Liqasında növbəti oyununu keçirib. Azərbaycan çempionu liqa mərhələsinin II turu çərçivəsində Bakıda Almaniyanın “Borussiya Dortmund” klubu ilə qarşılaşıb.
AZƏRTAC xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşma “Sabah”ın 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Almaniya təmsilçisinin heyətində qolları 10-cu və 53-cü dəqiqələrdə Seru Girassi vurub. “Sabah”ın heyətində isə 39-cu dəqiqədə Eyden Makkarti fərqlənib.
Bununla da “bayquşlar” liqa mərhələsində ikinci məğlubiyyəti ilə üzləşiblər.
Komanda ilk matçda İngiltərənin “Mançester Yunayted” klubuna 0:4 hesabı ilə məğlub olub. İkinci qarşılaşmada isə Çexiyanın “Slaviya Praqa” komandasını 2:0 hesabı ilə üstələyib.
Qeyd edək ki, “Sabah” IV turda Norveçin “Vikinq” komandası ilə qarşılaşacaq. Həmin görüş noyabrın 5-də səfərdə olacaq.
22:00
UEFA Çempionlar Liqasının əsas mərhələsində "Sabah" və “Borussiya Dortmund” (Almaniya) komandaları arasında oyunda yenidən qol vurulub.
AZƏRTAC xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşmanın 53-cü dəqiqəsində qonaqların heyətində Seru Girassi dubla imza atıb – 1:2.
21:48
UEFA Çempionlar Liqasının əsas mərhələsində "Sabah" və “Borussiya Dortmund” (Almaniya) komandaları arasında oyunda ikinci hissə başlayıb.
AZƏRTAC xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşmanın ilk yarısından sonra hesablarda bərabərlik qeydə alınıb – 1:1. Matçın 10-cu dəqiqəsində qonaqların heyətində Seru Girassi hesabı açsa da, 39-cu dəqiqədə “Sabah”ın heyətində Eyden Makkarti tarazlığı bərabərləşdirib.
21:33
UEFA Çempionlar Liqasının əsas mərhələsində "Sabah" və “Borussiya Dortmund” (Almaniya) komandaları arasında oyunun ilk hissəsi başa çatıb.
AZƏRTAC xəbər verir ki, komandalar Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşmanın fasiləsinə heç-heçə ilə yollanıblar – 1:1.
Matçın 10-cu dəqiqəsində qonaqların heyətində Seru Girassi hesabı açsa da, 39-cu dəqiqədə meydan sahiblərindən Eyden Makkarti tarazlığı bərabərləşdirib.
21:27
UEFA Çempionlar Liqasının əsas mərhələsində "Sabah" və “Borussiya Dortmund” (Almaniya) komandaları arasında matçda hesab bərabərləşib.
AZƏRTAC xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən görüşün 39-cu dəqiqəsində “Sabah”ın heyətində Eyden Makkarti fərqlənib – 1:1.
21:00
UEFA Çempionlar Liqasının əsas mərhələsində "Sabah" və “Borussiya Dortmund” (Almaniya) komandaları arasında oyunda hesab açılıb.
AZƏRTAC xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən görüşün 10-cu dəqiqəsində Almaniya təmsilçisinin heyətində Seru Girassi fərqlənib – 0:1.
20:45
UEFA Çempionlar Liqasının əsas mərhələsində Bakıda "Sabah" və “Borussiya Dortmund” (Almaniya) komandaları arasında III turun oyunu başlayıb.
AZƏRTAC xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşma saat 20:45-də start götürüb.
Oyunu ispaniyalı FIFA referisi Xavyer Alberola Roxas idarə edir.