Bütün təhsil müəssisələrində, eyni zamanda, məktəbəqədər təhsil müəssisələrində xüsusi qida təhlükəsizliyi sisteminin tətbiqinə başlanılır.
×
Bütün təhsil müəssisələrində, eyni zamanda, məktəbəqədər təhsil müəssisələrində xüsusi qida təhlükəsizliyi sisteminin tətbiqinə başlanılır.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli jurnalistlərə açıqlamasında deyib.
Elm və Təhsil Nazirliyi ilə bütün təhsil ocaqlarında qida təhlükəsizliyinin təmin olunması məsələsini müzakirə etdiklərini deyən Q.Təhməzli bildirib ki, bu ildən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu Elm və Təhsil Nazirliyinin tabeçiliyindəki bütün müəssisələrdə xüsusi təlim və proqramlar həyata keçirəcək. “Həm məktəb, həm də məktəbəqədər müəssisələrdə keyfiyyətə nəzarət menecerlərinə xüsusi təlimlər keçəcəyik. Eyni zamanda, məhsulların saxlanılması, daşınması və onların satışı rejimlərinə xüsusi nəzarət prinsipləri tətbiq edilir. Ümidvaram ki, bu da gələcəkdə neqativ halların qarşısını alacaq", - deyə AQTA sədri bildirib.