Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Bu ilin yeddi ayında ölkədə elektrik enerjisi istehsalı artıb

ID:

13.08.2020 13:40 / İQTİSADİYYAT

Energetika Nazirliyi bu ilin yanvar-iyul aylarında Azərbaycan üzrə elektrik enerjisinə dair operativ məlumatları açıqlayıb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, cari ilin yanvar-iyul ayları üzrə elektrik enerjisinə dair operativ məlumatlara əsasən, iyulda respublika üzrə elektrik enerjisinin istehsalı 2395,1 milyon kilovat/saat, ixracı 110,7 milyon kilovat/saat, idxalı 15,9 milyon kilovat/saat olub.