Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Bu ilin dörd ayında Azərbaycan və Rumıniya arasında ticarət dövriyyəsi 2,77 dəfə artıb

ID:

23.06.2022 12:55 / İQTİSADİYYAT

Foto : AZƏRTAC / Mehriban Kərimova

Ötən il Azərbaycan və Rumıniya arasında ticarət dövriyyəsi 31,3 faiz, bu ilin yanvar-aprel aylarında 2,77 dəfə artıb.

AZƏRTAC xəbər verir ki, bunu Bakıda keçirilən "Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiya"nın 6-cı iclasında Komissiyanın Azərbaycan tərəfindən həmsədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.