Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Bu il Azərbaycan ilə İraq arasında ticarət dövriyyəsi 40 faizədək artıb

ID:

06.08.2021 10:45 / İQTİSADİYYAT

Foto : AZƏRTAC / Aydın Məmmədov

Bu il Azərbaycan ilə İraq arasında ticarət dövriyyəsi 40 faizədək artıb.

AZƏRTAC xəbər verir ki, bu barədə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev avqustun 6-da Bakıda keçirilən Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın ikinci iclasında deyib.