Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Böyük Qayıdış: Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

ID:

26.01.2024 06:15 / CƏMİYYƏT

Foto : AZƏRTAC / İlkin Cavanşirov

Bu gün Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb.

AZƏRTAC xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı yanvarın 26-da Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.