Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru ADA Universitetində tələbələr ilə görüşüb

ID:

22.12.2023 18:35 / İQTİSADİYYAT

Foto : AZƏRTAC / Arif Quluzadə

BMT-nin Məskunlaşma Proqramının (“UN-Habitat”) icraçı direktoru Maimunah Mohd Şərifin Azərbaycana səfəri çərçivəsində komitənin və ADA Universitetinin təşkilatçılığı ilə ADA, Azərbaycan Memarlıq və İnşaat, habelə Bakı Mühəndislik Universitetlərində şəhərsalma, memarlıq və mühəndislik ixtisasları üzrə təhsil alan tələbələr ilə “Davamlı və dayanıqlı şəhərlərin qurulmasında mövcud problemlər” mövzusu üzrə görüş təşkil edilib.