Rəqəmsallaşma və dövlət xidmətlərinin göstərilməsi baxımından "ASAN xidmət" modeli olduqca önəmli rola malikdir.
×
Rəqəmsallaşma və dövlət xidmətlərinin göstərilməsi baxımından "ASAN xidmət" modeli olduqca önəmli rola malikdir.
AZƏRTAC xəbər verir ki, bunu BMT-nin Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Li Junhua "ASAN xidmət"in 10 illiyinə həsr olunan Beynəlxalq Foruma ünvanladığı videomüraciətində deyib.
Li Junhua bildirib ki, "ASAN xidmət" insanyönümlü, vətəndaşyönümlü modeldir: "Burada həm yaşlılar, həm uşaqlara qayğı göstərilir, ucqar yerlərdə belə xidmətlər vətəndaşlara əlaçatandır. "ASAN xidmət" qabaqcıl təcrübədir və bir sıra ölkələr Azərbaycan nümunəsindən yararlanırlar. Təqdirəlayiq fəaliyyət göstərən "ASAN xidmət" BMT tərəfindən yüksək qiymətləndirilir. Dünyadakı böhran vəziyyətində belə bir qurumun mövcudluğu, öhdəliyi və dövlət xidmətlərinin əlçatanlığı olduqca vacibdir".