Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Birol Akgün: 30 avqust və 8 noyabr qələbə ildönümlərini azərbaycanlı qardaşlarımızla çiyin-çiyinə keçirməkdə davam edəcəyik

ID:

29.08.2025 11:00 / CƏMİYYƏT

Foto : AZƏRTAC / Tofiq Babayev

Avqustun 30-da Türkiyədə Zəfər bayramı qeyd olunur.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə Türkiyənin Azərbaycandakı səfirliyinin əməkdaşları, Türkiyə Silahlı Qüvvələrinin ölkəmizdəki hərbi attaşeliyi, türkiyəli iş adamları avqustun 29-da Şəhidlər xiyabanına gələrək, 1918-ci ildə Bakının bolşevik-erməni daşnak qoşunlarından azad edilməsi uğrunda döyüşlərdə şəhid olmuş, Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə canından keçmiş türk şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edib, önünə əklil qoyublar.