Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Bəzi poçt şöbələri həftə sonları da fəaliyyət göstərəcək

ID:

04.07.2020 10:25 / İQTİSADİYYAT

Foto Azertac

İyulun 20-dək bəzi poçt şöbələri həftə sonları da xidmət göstərəcək.

"Azərpoçt" MMC-dən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin bu il iyulun 3-də “Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” müvafiq Qərarı çərçivəsində iyulun 20-dək davam edəcək sərtləşdirilmiş xüsusi karantin rejimi müddətində “Azərpoçt” MMC-nin müvafiq poçt şöbələri şənbə və bazar günləri də fəaliyyət göstərəcək.