Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Üzeyir Hacıbəylinin İspaniyada nəşr olunmuş poçt markalarının təqdimatı keçirilib

ID:

18.09.2021 17:30 / MƏDƏNİYYƏT

Foto : AZƏRTAC / Azər İbrahimov

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda Azərbaycanın və bütövlükdə türk dünyasının görkəmli bəstəkarı, musiqişünas-alimi, publisisti, dramaturqu, pedaqoqu, Şərqdə ilk opera və operettanın müəllifi, Azərbaycan milli musiqi məktəbinin banisi Üzeyir Hacıbəyliyə həsr olunmuş tədbir çərçivəsində böyük bəstəkarın 135 illik yubileyi münasibətilə Fond tərəfindən İspaniyada nəşr olunmuş poçt markalarının təqdimatı keçirilib.