Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Beynəlxalq sərnişin və yükdaşımaları üzrə operatorlar peşəkarlıq səriştəsinə dair hazırlıq keçəcək

ID:

14.07.2020 12:45 / İQTİSADİYYAT

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 avqust tarixli “Avtomobil nəqliyyatı haqqında” Qanununda dəyişiklik edilməsi barədə müvafiq Fərmanına əsasən, “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxsinin, habelə beynəlxalq sərnişin və yükdaşımalarını həyata keçirən sürücülərin peşəkarlıq səriştəsinə dair hazırlığının və yenidən hazırlığının keçirilməsi Qaydaları”, eyni zamanda, hazırlığın və yenidən hazırlığın keçirilməsini təsdiq edən sənədlərin forması Nazirlər Kabineti tərəfindən təsdiq edilib.