Şuşada Mədəniyyət Nazirliyinin dəstəyi ilə Beynəlxalq Sahibkarlar Forumunun növbəti paneli “Sahibkarlıq vasitəsilə qadınların gücləndirilməsi: Trendlər və Çağırışlar” mövzusuna həsr olunub.
×
Şuşada Mədəniyyət Nazirliyinin dəstəyi ilə Beynəlxalq Sahibkarlar Forumunun növbəti paneli “Sahibkarlıq vasitəsilə qadınların gücləndirilməsi: Trendlər və Çağırışlar” mövzusuna həsr olunub.
AZƏRTAC xəbər verir ki, panel iclasına “Women in Tech” təşkilatının Azərbaycandakı nümayəndəliyinin səfiri Leyla Seyidzadə moderatorluq edib.
“AI Talent” platformasının İdarə Heyətinin üzvü və investor Pegah Gol qadınların sahibkarlıq sahəsində bir çox çətinliklərlə üzləşdiyini diqqətə çatdırıb:
“İnvestorların qadın sahibkarlara etibarı çox aşağı səviyyədədir. Biz bu problemi həll etmək üçün birləşməliyik”, - deyə o əlavə edib.
Pakistan İnnovasiya Araşdırmaları Mərkəzinin direktoru Noshaba Avais (Noshaba Awais) qadınların sahibkarlıq sahəsində inkişaf etməsi üçün onların uzun bir məsafə qət etməli olduqlarını deyib.
“FemTech” Akselerasiya Mərkəzinin rəhbəri Nərgiz Əmrəhova əmək bazarının prinsiplərindən söz açıb:
“Bu sahədə spesifik boşluqlar var, qadınlar üçün fürsət və imkanlar yaranmır. Bunun üçün biz əmək bazarında dəyişikliklər etməliyik. Qadınları texnologiya sahəsində, rəhbər vəzifələrdə görmək istəyirik”, - deyə mərkəzin rəhbəri vurğulayıb. O, təhsil modeli olan STEM sistemi barədə də danışıb.
Qadınlar üçün liderlik proqramı olan “Catalyst Labs”ın təsisçisi Jehan Ara öz layihəsi barədə məlumat verib.
Panel iclas işini müzakirələrlə davam etdirib.