“Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusunda konfrans işini panel sessiyalarla davam etdirir.
×
“Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusunda konfrans işini panel sessiyalarla davam etdirir.
AZƏRTAC xəbər verir ki, sessiyada yaşıl davamlı inkişaf naminə strategiyanın inteqrasiyası və təbliğatı ətrafında müzakirələr aparılıb.
Sessiya “The Conflict and Envuronment Observatory” təşkilatının siyasi məsələlər üzrə nümayəndəsi Linsi Kotterelin moderatorluğu ilə keçirilir.
Müzakirələrdə Avropa Komissiyası Qonşuluq və Genişlənmə Danışıqları Baş Direktorluğunun bölməsinin müdir müavini Duhot Hubert, “Mines Advisory Group (MAG International) təşkilatının icraçı direktoru Daren Kormak, Cenevrə Beynəlxalq Humanitar Mərkəzin (GICHD) strateji planlaşdırma üzrə müşaviri Kristel Mestre, Kasetli Sursatlar Koalisiyasının ( CMC) Minaların Qadağası Beynəlxalq Kompaniyasının qadağa siyasəti üzrə araşdırma əlaqələndiricisi Yeşua Moser-Puangsuvan və “I-Voice Communications” təşkilatının təsisçisi və icraçı direktoru Adriana Aristizabal iştirak edirlər.
Qeyd edək ki, Azərbaycanın ev sahibliyi etdiyi 3-cü beynəlxalq humanitar minatəmizləmə konfransında, ümumilikdə, 75 ölkədən 300-dən çox nümayəndə iştirak edir. İştirakçılar arasında bir sıra ölkələrin yüksək vəzifəli şəxsləri, BMT-nin baş ofisinin rəhbər heyəti, nüfuzlu beynəlxalq təşkilatların təmsilçiləri və müxtəlif ölkələrin minatəmizləmə mərkəzlərinin rəsmiləri, habelə ölkəmizdə akkreditə olunmuş diplomatik nümayəndəliklərin vəzifəli şəxsləri təmsil olunur.