Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaq (TGTİ) tərəfindən 12 avqust - Beynəlxalq Gənclər Gününə həsr olunmuş “ECOFEST” layihəsi uğurla başa çatıb.
×
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaq (TGTİ) tərəfindən 12 avqust - Beynəlxalq Gənclər Gününə həsr olunmuş “ECOFEST” layihəsi uğurla başa çatıb.
AZƏRTAC xəbər verir ki, 1998-ci ildən etibarən hər il Beynəlxalq Gənclər Günü münasibətilə dünyada silsilə tədbirlər keçirilməkdədir. Bu xüsusda Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə Beynəlxalq Gənclər Gününə həsr olunmuş “ECOFEST” adlı ekoloji layihə reallaşıb.
Dənizkənarı Milli Parkda həyata keçirilən festivalın baş tutmasında əsas məqsəd həmin layihədə gənclərin iştirakı ilə ətraf mühitin tullantılardan təmizlənməsi, gənclər arasında təbiətin və ekosistemin qorunmasının təbliği və təşviqidir. Layihənin ərsəyə gəlməsində Bakı və ətraf ərazilərdə yerləşən ali və orta təhsil müəssisələrində fəaliyyət göstərən 26 Tələbə Gənclər Təşkilatının 2 mindən artıq aktiv üzvünün iştirakı ilə 15 mindən çox plastik butulka yığılıb.
Festival zamanı tələbələr arasında ətraf mühitin təmiz saxlanılması ilə əlaqədar məlumatlılığın artırılması məqsədilə tələbə-gənclər ekoloji aksiyaya cəlb olunaraq, toplanmış plastik materiallardan müxtəlif əşyalar və irihəcmli qala hazırlayıb. Həmin materiallar tələbə-gənclər və şəhər əhalisi tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, bu il Beynəlxalq Gənclər Günü “Gənclər üçün ekoloji bacarıqlar: Dayanıqlı Dünyaya Doğru” şüarı altında keçirilir.