Bakı Təşəbbüs Qrupunun Bakıda təşkil etdiyi “Postkolonial dövrdə gənclərin rolunun gücləndirilməsi” mövzusunda Beynəlxalq Gənclər Forumunun iştirakçıları 1 saylı DOST Mərkəzinin fəaliyyəti ilə tanış olublar.
×
Bakı Təşəbbüs Qrupunun Bakıda təşkil etdiyi “Postkolonial dövrdə gənclərin rolunun gücləndirilməsi” mövzusunda Beynəlxalq Gənclər Forumunun iştirakçıları 1 saylı DOST Mərkəzinin fəaliyyəti ilə tanış olublar.
AZƏRTAC xəbər verir ki, qonaqlara əvvəlcə mərkəzdə yaradılan iş mühiti və tətbiq olunan xidmət prinsipləri ilə bağlı məlumat verilib. Daha sonra onlar DOST modelinin mahiyyəti, təqdim etdiyi xidmətlər və idarəetmə mexanizmləri barədə ətraflı məlumat alıblar.
Məlumat verilib ki, hazırda DOST mərkəzlərində 162 xidmət təqdim olunur və bu xidmətlərin 99 faizi rəqəmsallaşdırılıb. Bu isə xidmətlərə çıxışın zaman və məkan məhdudiyyətlərindən asılı olmamasını təmin edir. Vətəndaşlar xidmətlərdən mərkəzlərdə birbaşa müraciət, mobil xidmətlər, onlayn platformalar və çağrı mərkəzləri vasitəsilə yararlana bilirlər.
Vurğulanıb ki, xidmətlərin keyfiyyətinin təmin edilməsi məqsədilə ümumi keyfiyyət idarəetməsi prinsipləri tətbiq olunur və bu istiqamətdə “Dose Canvas” qiymətləndirmə alətindən istifadə edilir. Bu mexanizm xidmətlərin effektivliyinin ölçülməsinə və davamlı təkmilləşdirilməsinə imkan yaradır.
Forum iştirakçılarının DOST modelinə göstərdiyi maraq Azərbaycanın sosial xidmətlər sahəsində əldə etdiyi innovativ təcrübənin beynəlxalq səviyyədə paylaşılmasının əhəmiyyətini bir daha nümayiş etdirir.