Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Bəstəkarlar İttifaqında “Nizami və musiqi” mövzusunda ikinci elmi konfrans keçirilib

ID:

05.05.2021 14:10 / MƏDƏNİYYƏT

Foto : AZƏRTAC / Tofiq Babayev

Mayın 5-də Azərbaycan Bəstəkarlar İttifaqında “Nizami və musiqi” mövzusunda ikinci elmi konfrans təşkil edilib.

AZƏRTAC xəbər verir ki, görkəmli şair Nizami Gəncəvinin 880 illiyinə həsr edilmiş konfransda Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova çıxış edərək konfransın əhəmiyyətindən söz açıb.