İl ərzində bələdiyyə üzvlərinin və qulluqçularının hüquqi maarifləndirilməsi məqsədilə ümumilikdə 258 maarifçilik tədbiri həyata keçirilib, bu tədbirlərdə 5.
×
İl ərzində bələdiyyə üzvlərinin və qulluqçularının hüquqi maarifləndirilməsi məqsədilə ümumilikdə 258 maarifçilik tədbiri həyata keçirilib, bu tədbirlərdə 5.665 bələdiyyə nümayəndəsi iştirak edib.
AZƏRTAC xəbər verir ki, bu məlumat Milli Məclisin regional məsələlər komitəsinin fevralın 15-də keçirilən iclasının gündəliyinə daxil edilmiş “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi”ndə qeyd olunub.
Regional ədliyyə idarələrinin də yaxından iştirakı ilə 231 seminar (4.547 dinləyici) keçirilib, Ədliyyə Akademiyasında 17 tədris kursu (578 dinləyici) təşkil edilib. Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən Muxtar Respublika bələdiyyələrinin maarifləndirilməsi üçün keçirilmiş 10 seminarda 540 bələdiyyə üzvü və qulluqçusu iştirak edib.