Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Baş Prokurorluğun kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

ID:

01.10.2025 11:10 / CƏMİYYƏT

Foto : AZƏRTAC / İlkin Cavanşirov

Azərbaycan Respublikası prokurorluq orqanlarının yaradılmasının 107-ci ildönümü və 1 oktyabr – Prokurorluq işçilərinin peşə bayramı münasibətilə Baş Prokurorluğun rəhbərliyi Fəxri xiyabana gələrək Ulu Öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub, gül dəstələri düzüblər.