Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Baş prokuror: Hazırda Azərbaycanda ölkə rəhbərliyi səviyyəsində qadınlara ən yüksək dəyər verilir

ID:

07.03.2025 15:10 / CƏMİYYƏT

Foto : AZƏRTAC / Azər İbrahimov

Martın 7-də Baş Prokurorluqda 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Respublikasının baş prokuroru Kamran Əliyev gender bərabərliyinin, qadınların hüquqlarının təmin edilməsinin öncədən bizim xalqın adət-ənənələrində mövcud olduğunu diqqətə çatdırıb: “Azərbaycan tarixinə nəzər salsaq, hər zaman qadınlara hörmət bəslənib, onların cəmiyyətdə roluna xüsusi dəyər verilib.