Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Bakıda VI Beynəlxalq Bankçılıq Forumu keçirilir

ID:

24.11.2022 10:45 / İQTİSADİYYAT

Foto : AZƏRTAC / Aydın Məmmədov

Noyabrın 24-də Bakıda VI Beynəlxalq Bankçılıq Forumu işə başlayıb.

AZƏRTAC xəbər ki, iki gün davam edəcək forumda aidiyyəti dövlət qurumları, kommersiya bankları, yerli və xarici biznes və ictimai təşkilatların rəhbərləri, beynəlxalq maliyyə institutları, həmçinin Türkiyə, Amerika Birləşmiş Ştatları, Avropa İttifaqı, Müstəqil Dövlətlər Birliyi, Yaxın Şərq və digər ölkələrdən 200-ə yaxın beynəlxalq təşkilatın və nüfuzlu şirkətin nümayəndələrinin iştirakı gözlənilir.