Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Bakıda uşaqların informasiya təhlükəsizliyi ilə bağlı ekspertlər üçün təlim başlayıb

ID:

17.05.2023 11:30 / CƏMİYYƏT

Foto : AZƏRTAC / Mehriban Kərimova

Mayın 17-də Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə aidiyyəti dövlət qurumlarının nümayəndələrinin, uşaq hüquqları üzrə mütəxəssislərin, uşaq psixiatrları və psixoloqlarının iştirakı ilə “Uşaqların informasiya təhlükəsizliyi üzrə ekspertlərin bilik və bacarıqlarının artırılması” mövzusuna dair ikigünlük beynəlxalq təlim başlayıb.