Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Bakıda Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyi ilə bağlı beynəlxalq konfrans keçirilib

ID:

30.11.2023 18:40 / CƏMİYYƏT

Foto : AZƏRTAC / Nicat Haşımov

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman), BMT-nin Azərbaycan nümayəndəliyinin və Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyinə həsr olunmuş “İnsan Hüquqları - 75 Bakı Konfransı: Qlobal və milli çağırışların həlli üçün universallığın və bölünməzliyin təşviq edilməsi” mövzusunda beynəlxalq konfrans keçirilib.