Bakıda Türk Dövlətləri Təşkilatı Məhkəmə Şuraları sədrlərinin 3-cü iclası keçirilir
ID:
19.06.2025 10:35 / CƏMİYYƏT
İyunun 19-da Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) Məhkəmə Şuraları sədrlərinin 3-cü iclası təşkil olunub.
AZƏRTAC xəbər verir ki, iclasda Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasının və Ali Məhkəməsinin sədri İnam Kərimov, TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev, Qırğız Respublikasının Hakimlər Şurasının sədri Aida Seidakmatova, Türkiyə Respublikasının Hakimlər və Prokurorlar Şurasının sədri vəzifəsini icra edən Fuzuli Aydoğdu, Özbəkistan Respublikasının Ali Məhkəmə Şurasının sədri Kholmumin Yodgorov, Qazaxıstan Respublikasının Ali Məhkəmə Şurasının üzvü Yernar Begaliyev, Şimali Kipr Türk Cümhuriyyətinin Ali Məhkəmə Şurasının və Ali Məhkəməsinin sədri Bertan Özerdağ iştirak edirlər.
2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.