Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Bakıda növbəti yenilənmiş həyətlər istifadəyə verilib

ID:

08.01.2025 20:05 / CƏMİYYƏT

Foto : AZƏRTAC / Tofiq Babayev, İlkin Cavanşirov

Yanvarın 8-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın və Baku Media Mərkəzinin rəhbəri Arzu Əliyevanın iştirakı ilə paytaxtın Nizami və Xətai rayonlarında 3000-dən çox sakinin yaşadığı çoxmərtəbəli binaları əhatə edən yenilənmiş həyətlər sakinlərin istifadəsinə verilib.