“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində sentyabrın 26-da Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və digər ailə üzvlərinin iştirakı ilə paytaxt Bakının Nizami rayonunun Mikayıl Əliyev və Kamil Balakişiyev küçələrinin kəsişməsində yerləşən ərazidə növbəti ağacəkmə aksiyası həyata keçirilib.
×

AZƏRTAC xəbər verir ki, IDEA könüllülərinin də iştirak etdikləri budəfəki ağacəkmə aksiyası vaxtilə tikinti materialları və məişət tullantıları ilə mütəmadi olaraq çirkləndirilmiş ərazidə təşkil olunub. Aksiya zamanı 230 ədəd Eldar şamı əkilib və ərazidə müvafiq abadlıq işləri aparılıb. Sözügedən ərazidə ağacların effektiv sulanması və su israfının qarşısının alınması məqsədilə damcılı suvarma sistemindən istifadə nəzərdə tutulub.
Qeyd edək ki, vaxtilə baxımsız vəziyyətdə qalan və iki hektar ərazini əhatə edən bu sahə bir neçə ay əvvəl IDEA İctimai Birliyinin təşəbbüsü və könüllülərin fəal iştirakı ilə tullantılardan tamamilə təmizlənib, torpaq qatı əlavə olunaraq rekultivasiya işləri görülüb. Həmçinin aprelin 16-da Leyla Əliyevanın iştirakı ilə ərazinin bir hissəsində ilk ağacəkmə aksiyası təşkil edilib. İndi isə ağacəkmə mövsümünün başlanması ilə əlaqədar həmin sahədə növbəti ağacəkmə fəaliyyətləri davam etdirilir.