Mayın 3-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Ümummilli Lider Heydər Əliyev və müstəqil Azərbaycanda insan hüquqlarının inkişafı" mövzusunda elmi-praktiki konfrans keçirilir.
×

AZƏRTAC xəbər verir ki, konfransda əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə bu il elan edilən “Heydər Əliyev İli” çərçivəsində ölkəmizdə silsilə tədbirlər keçirilir.
Ombudsman Ulu Öndərin ölkəmizin demokratik inkişafı, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yolunda, insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirdiyi islahatlar barədə məlumat verib. Vurğulayıb ki, Ombudsman təsisatı Ümummilli Lider Heydər Əliyevin qanunvericilik təşəbbüsü əsasında yaradılıb.
Qeyd olunub ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan insan hüquqi islahatlar Prezident İlham Əliyevin rəhbərliyi ilə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezident Mehriban xanım Əliyevanın fəal dəstəyi ilə uğurla davam etdirilir.