Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Bakıda keçirilən forumda Birləşmiş Ərəb Əmirliklərinin müxtəlif sahələr üzrə 30-a yaxın yüksəkvəzifəli rəsmiləri iştirak edir

ID:

11.06.2024 14:10 / CƏMİYYƏT

Foto : AZƏRTAC / Azər İbrahimov

Bakıda Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Nazirlərinin Təcrübə Mübadiləsi Forumu işə başlayıb.

AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və BƏƏ-nin Kabinet İşləri Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilir.