Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Bakıda keçirilən Beynəlxalq Geologiya-Mədənçilik Forumu yekunlaşıb

ID:

27.10.2023 18:35 / CƏMİYYƏT

Foto : AZƏRTAC / İlkin Cavanşirov

Bakıda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Beynəlxalq Geologiya-Mədənçilik Forumu başa çatıb.

Beynəlxalq tədbirin media tərəfdaşı olan AZƏRTAC xəbər verir ki, forumun ikinci günündə “Geologiya və dağ-mədən sənayesində qabaqcıl metod və texnologiyaların tətbiqi” və “Geologiya və dağ-mədən sənayesində hesabatlılıq və investisiya trendləri” mövzularında panel sessiyaları keçirilib.