Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Bakıda Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş tədbir keçirilib

ID:

08.12.2023 17:15 / CƏMİYYƏT

Foto : AZƏRTAC / Nicat Əlili

Dekabrın 8-də Bakıda Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının, Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin, Hüquq və İnsan Haqları İnstitutunun və Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin birgə təşkilatçılığı ilə 10 Dekabr - Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş tədbirdə Ombudsman Aparatının, BMT agentliklərinin, ali təhsil müəssisələrinin və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.