Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Bakıda Azərbaycan Neyrocərrahlarının Birinci Beynəlxalq Konqresi keçirilir

ID:

10.05.2025 10:20 / CƏMİYYƏT

Foto : AZƏRTAC / Ilqar Cəfərov

Mayın 10-da Bakıda ANEA 2025 BAKU - Azərbaycan Neyrocərrahlarının Birinci Beynəlxalq Konqresinin açılış mərasimi olub.

AZƏRTAC xəbər verir ki, konqresin əsas məqsədi neyrocərrahiyyə sahəsində beynəlxalq standartlara uyğun müalicə metodlarını müzakirə etmək, innovativ texnologiyaları tətbiq etmək və Azərbaycanda bu sahənin inkişafına töhfə verməkdir.