Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Bakıda Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti başlayıb

ID:

27.10.2021 16:00 / İQTİSADİYYAT

Foto : AZƏRTAC / Aydın Məmmədov

Oktyabrın 27-də Bakıda Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti öz işinə başlayıb. İqtisadiyyat və Mədəniyyət nazirliklərinin dəstəyi, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun (ICYF) təşkilatçılığı ilə keçirilən tədbirdə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin nazirləri, beynəlxalq təşkilatların və diplomatik korpusun təmsilçiləri, iş adamları, investorlar, startapçılar, gənclər təşkilatları, ümumilikdə 20-dən çox ölkədən nümayəndələr iştirak edib.