Azərbaycan Respublikası Hesablama Palatasının ev sahibliyi ilə Bakıda Ali Audit Orqanları Asiya Təşkilatının (ASOSAI) İdarə Heyətinin 62-ci toplantısı keçirilir.
×
Azərbaycan Respublikası Hesablama Palatasının ev sahibliyi ilə Bakıda Ali Audit Orqanları Asiya Təşkilatının (ASOSAI) İdarə Heyətinin 62-ci toplantısı keçirilir.
AZƏRTAC xəbər verir ki, toplantıya ASOSAI İdarə Heyəti və Audit Komitəsinin üzvləri, eləcə də Ali Audit Orqanlarının Beynəlxalq Təşkilatının (INTOSAI) sədrliyi və katibliyinin nümayəndələri, INTOSAI İnkişaf Təşəbbüsünün təmsilçiləri daxil olmaqla 100-dən çox iştirakçı qatılıb.
Tədbir ASOSAI sədrliyini təmsil edən Hindistanın Müfəttiş və Baş Auditorunun müavini Krishnan Sangaranın açılış nitqi ilə başlayıb. Sonra ev sahibi – Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov çıxış edərək toplantının əhəmiyyəti barədə danışıb, qurumun beynəlxalq əməkdaşlığa verdiyi önəm və ASOSAI çərçivəsində verilən töhfələr barədə fikirlərini bölüşüb. Daha sonra iştirakçılara Azərbaycan haqqında təqdimat videosu da nümayiş olunub.
Tədbirdə, həmçinin qeyd olunub ki, Hesablama Palatası 2024-cü ilin sentyabrında Hindistanın Yeni Dehli şəhərində keçirilmiş ASOSAI Assambleyasında ilk dəfə olaraq təşkilatın İdarə Heyətinə üzv seçilib.