Bakıda Aktivlərin Bütövlüyü, Koroziya və Örtüklər Konfransı və Sərgisi (AICC CASPIAN 2025) keçirilir.
AZƏRTAC xəbər verir ki, konfrans neft və qaz sektorunda vacib aktivlərin təhlükəsizliyini, etibarlılığını və uzunömürlülüyünü təmin etməyə həsr olunmuş aparıcı sənaye tədbiridir.
×

Bu konfrans, aktivlərin bütövlüyünün idarə edilməsi, korroziyaya nəzarət və qoruyucu örtüklər sahəsində ən son irəliləyişləri, çətinlikləri və ən yaxşı təcrübələri müzakirə etmək üçün mütəxəssisləri, sənaye liderlərini və texnologiya təminatçılarını bir araya gətirir. Bu ikili konfrans platforması sənaye mütəxəssislərinə bilik mübadiləsi aparmaq, qabaqcıl həlləri araşdırmaq və həyati əhəmiyyətli enerji aktivlərinin qorunmasında əməkdaşlığı gücləndirmək üçün müasir dövrün tələblərinə uyğun imkan və fürsət təqdim edir.
Tədbirin məqsədi qabaqcıl korroziya, örtüklər və aktivlərin bütövlüyü həlləri üçün aparıcı platforma olmaq, Xəzər regionunun enerji sektorunun uzunmüddətli dayanıqlığını dəstəkləmək üçün dayanıqlıq və innovasiyanı təşviq etməkdən ibarətdir. Bununla yanaşı bilik mübadiləsini təşviq etməklə, dayanıqlı texnologiyaların təşviqi ilə və aktivlərin bütövlüyü təcrübələrini gücləndirməklə Xəzər regionunun enerji sektorunun strateji artımını dəstəkləməkdir. Daha bir məqsəd də uzunmüddətli sənaye mükəmməlliyinə, ətraf mühitin qorunmasına, neft-qaz və neft-kimya sənayesində həyati əhəmiyyətli infrastrukturun etibarlılığına töhfə verməkdir.
Konfrans və sərgidə yerli və xarici şirkətlərin təmsilçiləri, mütəxəssislər, elm adamları iştirak edirlər.