Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən işsiz və işaxtaran şəxslər üçün növbəti əmək yarmarkası Bakı şəhərində təşkil edilib.
×
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən işsiz və işaxtaran şəxslər üçün növbəti əmək yarmarkası Bakı şəhərində təşkil edilib.
AZƏRTAC xəbər verir ki, Bakı Regional Məşğulluq filialı tərəfindən təşkil edilən aktiv məşğulluq tədbirində 60 müəssisə tərəfindən 1200-dən artıq vakansiya təqdim edilir.
Vakansiyalara müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçiriləcək, uyğun namizədlər növbəti mərhələyə dəvət olunacaqlar. Yarmarkada işsiz və işaxtaran şəxslərə agentliyin aktiv məşğulluq istiqamətləri barədə məlumat verilir, müraciət etmək istəyən şəxslərlə ilkin sorğular həyata keçirilir. Yeni peşəyə yiyələnmək istəyən şəxslərə isə Peşə Hazırlığı Mərkəzlərində tədrisi həyata keçirilən kurslar təqdim edilir.
Yarmarkanın keçirilməsində əsas məqsəd işsiz və işaxtaranların əmək bazarına çıxışının dəstəklənməsi, uyğun təcrübə imkanlarının yaradılmasının təmin edilməsidir.