İyulun 12-də Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatının təşkilatçılığı ilə Molekulyar Biologiya İnstitutunda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı "Qlobal iqlim dəyişiklikləri ilə mübarizədə “yaşıl artım” siyasəti” adlı tədbir keçirilib.
×

AZƏRTAC xəbər verir ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən tədbirin iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla anıblar.
Sonra müasir Azərbaycanın banisi, Yeni Azərbaycan Partiyasının qurucusu Heydər Əliyevə və ölkəmizin ev sahibliyi edəcəyi COP29-a həsr olunan videoçarxlar göstərilib.
YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev çıxış edərək bildirib ki, Azərbaycanda ekoloji siyasətin təməlinin qoyulması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin ölkə ekologiyasına göstərdiyi qayğı sayəsində respublikamızda minlərlə ağac əkilib, yaşıllıqlar salınıb, həmçinin 1977-ci ildə ölkəmizdə ilk dəfə "Azərbaycan Respublikasının Qırmızı Kitabı" çap olunub. "Bu gün isə bu siyasət Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni bir dövrə qədəm qoyub və daha da inkişaf edib. Dünyada ən böyük ekoloji tədbirlərdən biri olan COP29-un bu il ölkəmizdə keçirilməsi bunun bariz sübutudur",- deyə M.Nağıyev vurğulayıb.