Noyabrın 16-da Nobel qardaşlarının Azərbaycandakı irsinin 150-ci ildönümü münasibətilə isveçli yazıçı və tarixçi Benqt Yanqfeldtin “Nobel qardaşları.
×
Noyabrın 16-da Nobel qardaşlarının Azərbaycandakı irsinin 150-ci ildönümü münasibətilə isveçli yazıçı və tarixçi Benqt Yanqfeldtin “Nobel qardaşları. İsveçli ixtiraçılar nəhəng sənaye imperiyalarını necə yaratdılar” adlı kitabının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə müəllif Benqt Yanqfeldt kitab haqqında ümumi məlumat verərək, Nobel qardaşlarının fəaliyyətini işıqlandırdığını bildirib. O qeyd edib ki, Nobellər yalnız uğurlu sahibkar deyildilər, həm də işçilərə fərqli münasibət göstərirdilər. Hələ 1870-ci ildə onlar gəlir bölgü sistemini tətbiq ediblər. Onlar Peterburqdakı mexaniki zavodun və Zaqafqaziyadakı neft şirkətlərinin təmiri üçün yaşayış evləri tikdirir, onların uşaqları üçün məktəblər açırdılar.
Vurğulanıb ki, bu kitabın Nobellərin Azərbaycandakı irsinin 150 illiyinin qeyd edilməsi məqsədilə Azərbaycan dilində nəşr olunması İsveçin Biznes Tarixi Mərkəzi (CfN), İsveçin Bakıdakı səfirliyi və Azərbaycanın bu ölkədəki səfirliyinin birgə təşəbbüsüdür.
Sonra çıxış edən Bakı Nobel İrsi Fondunun sədri Sevinc Bağırova kitab haqqında fikirlərini bölüşüb. O, kitabın müəllifi Benqt Yanqfeldtə səmimi təşəkkürünü ifadə edib.
Nobel Qardaşlarının Ev Muzeyində keçirilən təqdimatda daha sonra Tobias Brinqholm və Daniel Ottoson tərəfindən eyni kitab əsasında çəkilmiş film nümayiş olunub.
Təqdimat mərasimi ziyafətlə davam edib.