Noyabrın 2-də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində “Minasız Azərbaycan naminə səylərimizi birləşdirək” mövzusunda konfransı keçirilir.
×
Noyabrın 2-də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində “Minasız Azərbaycan naminə səylərimizi birləşdirək” mövzusunda konfransı keçirilir.
AZƏRTAC xəbər verir ki, konfransda qeyri-hökumət təşkilatlarının və KİV-lərin nümayəndələri iştirak ediblər.
Agentliyin Müşahidə Şurasının üzvü Azər Allahverənov tədbiri açaraq bildirib ki, Azərbaycan azad olunmuş ərazilərində işğal dövründə Ermənistan tərəfindən basdırılmış tank və piyada əleyhinə minaların hazırda da insanların həyat və sağlamlığı üçün ciddi təhlükə yaratması, bu vəziyyətə son qoyulması ilə bağlı beynəlxalq ictimaiyyətə dəfələrlə bəyanat və çağırışlar ünvanlayıb. Azad edilmiş ərazilərdə mövcud olan mina problemi məcburi köçkünlərin doğma yurdlarına qayıdışını ləngitməklə yanaşı, çoxsaylı insanların həyatına son qoyub və ya ömürlük əlil qalmasına səbəb olub. Eyni zamanda, bildirilib ki, məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafın Milli Prioritetləri” proqramının mühüm tərkib hissəsi, onun vacib komponentidir. Azərbaycanın münaqişədən zərər çəkmiş ərazilərinə keçmiş məcburi köçkünlərin davamlı və təhlükəsiz şəkildə köçürülməsi vəzifəsi Dayanıqlı İnkişaf Məqsədləri ilə birbaşa uzlaşır.