Fevralın 28-də Bakıda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “İctimai sektorda qadınlar və müasir çağırışlar” adlı konfrans işə başlayıb.
×
Fevralın 28-də Bakıda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “İctimai sektorda qadınlar və müasir çağırışlar” adlı konfrans işə başlayıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edirlər. Tədbirin məqsədi vətəndaş cəmiyyəti nümayəndələrinin ölkənin ictimai proseslərində iştirakının təşviqi, eyni zamanda, onların bu istiqamətdə fəallığının gücləndirilməsidir.
Konfransda “Zəngəzurun tarixi-etnoqrafik təsviri və gender məsələləri”, “Qərbi Azərbaycanın tarixi memarlıq irsi”, “Qərbi Azərbaycana Qayıdış: vətəndaş cəmiyyətinin vəzifələri”, “Orta dəhliz: regionda sülh” mövzularında çıxışlar dinləniləcək, mövzular ətrafında müzakirələr aparılacaq.