Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Bakıda “Holokost soyqırımı müasirlərin gözü ilə” mövzusunda dəyirmi masa keçirilib

ID:

29.01.2024 16:15 / CƏMİYYƏT

Foto : AZƏRTAC / İlqar Cəfərov

Yanvarın 29-da Bakıda “Holokost soyqırımı müasirlərin gözü ilə” mövzusunda dəyirmi masa keçirilib.

AZƏRTAC xəbər verir ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) tərəfindən təşkil olunan tədbirdə İsrailin Azərbaycandakı səfiri Corc Dik, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri, Azərbaycanda fəaliyyət göstərən milli və dini icmaların rəhbərləri iştirak ediblər.