Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Bakı Dövlət Universitetində “Sərhədsiz istedadlar” adlı sərgi-yarmarka təşkil olunub

ID:

20.12.2023 14:35 / CƏMİYYƏT

Foto : AZƏRTAC / İlkin Cavanşirov

Dekabrın 20-də Bakı Dövlət Universitetində (BDU) “Sərhədsiz istedadlar” adlı sərgi-yarmarka keçirilib.

AZƏRTAC xəbər verir ki, DOST Agentliyi, BDU və Azərbaycan Banklar Assosiasiyasının birgə təşkilatçılığı ilə təşkil olunan tədbirin məqsədi əlilliyi olan şəxslərin hüquq, bilik və bacarıqları, eləcə də onlar üçün yaradılmış imkanlar barədə geniş məlumatlandırmanın aparılmasıdır.